<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Yaratdın insanı böyük məhəbbətlə,
 Baxıb çox sevindin əlinin işinə.
 Sənin bu sevincin çox uzun sürmədi,
 Yaratdığın Sənə xəyanət etdi.
 Sənin məhəbbətin insanınkı tək deyil,
 Sənin sədaqətin müvəqqəti deyil.
 Sənin qəzəbin əbədi deyil,
 Sən bizi xilas etmək istədin.

[V2]
 Günahın əvəzi ölümdür, ölüm!
 Sən razı olmadın günahkar tək ölək.
 Bizim etdiyimiz hər bir günahçün
 Əzab çəkməyə Oğlunu göndərdin.
 O isə Ataya sadiq Oğul tək,
 İtaətli oldu, hətta ölümədək.
 Günahlı bir bəşər bənzəyişində
 Yerdə doğuldu İnsan Oğlu tək.

[V3]
 Sənə minnətdarıq, ey Allah Oğlu!
 Yerdə doğulmağa Sən razı oldun.
 Dünyada ən böyük işi görməkçün
 Sən Yerə enməyə razı oldun .
 Allahın yeganə, sevimli Oğlu!
 Allahın izzətli, qüdrətli Oğlu!
 Sənin Yer üzündə doğuluşun
 Yem təknəsində, saman üstə oldu.

[C1]
   Alqış Sənə, İsa, alqışlar,alqışlar!
   İzzət Sənə, İsa, izzətlər, izzətlər!
   Alqış Sənə, İsa, izzət Sənə, İsa!</lyrics>
<title>Yaratdın insanı böyük məhəbbətlə İL147</title>
<hymn_number>147</hymn_number>
</song>